Bank Of Baku

Bu il Azərbaycan gənclərinin V forumu keçiriləcək

Bu il Azərbaycan gənclərinin V forumu keçiriləcək
# 29 fevral 2008 11:35 (UTC +04:00)
Bakı. Laura CəbrayıllıAPA . Bu gün Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova mətbuat konfransı keçirib. APA-nın xəbərinə görə, mətbuat konfransında bu il həyata keçirilməsi nəzərdə tutulan tədbir və layihələr barədə məlumat verilib. S. Məmmədova bildirib ki, bu il keçiriləcək Azərbaycanlı gənclərinin V forumuna hazırlıq işlərinə may ayında başlanacaq: “Əvvəlcə IV forumdan sonra görülən işlərin nəzərdən keçirilməsi, yeni layihələrin hazırlanması nəzərdə tutulur. İlk dəfə 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan gənclərinin forumu hər 3 ildən bir təşkil olunur və forumda səslənən təkliflər əsasında müxtəlif layihələr, qərarlar qəbul edilir”. Azərbaycanda “İslamafobiya, antisemitizm, dini ayrı-seçkiliyin formalaşması və dinlərarası əlaqələrin yaranması” mövzusunda beynəlxalq forumun keçirilməsi də planlaşdırılır. Bu forumda Avropa Şurası və İSESKO-nun baş katiblərinin iştirakı nəzərdə tutulur. Azərbaycanda keçiriləcək beynəlxalq tədbirlərdə iştirak etmək üçün 200-dən çox gəncin ölkəmizə səfəri planlaşdırılıb. 1000-dən çox azərbaycanlı gənc isə müxtəlif dünya ölkələrində təşkil olunan tədbirlərə qatılacaq. Aprel ayında kubalı, iyun ayında küveytli, avqustda koreyalı gənclərin Azərbaycana səfəri planlaşdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR