Bank Of Baku

“Azərbaycanda qadın hüquqşünaslar” adlı layihənin yekununa dair hesabatın təqdimatı keçirilib

“Azərbaycanda qadın hüquqşünaslar” adlı layihənin yekununa dair hesabatın təqdimatı keçirilib
# 03 mart 2008 11:43 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. ATƏT-in Bakı ofisinin sifarişi ilə İnsan Hüquqları üzrə Maarifləndirmə İctimai Birliyi və Azərbaycan Qadın Hüquqşünaslar Forumu tərəfindən həyata keçirilən “Azərbaycanda qadın hüquqşünaslar” adlı layihənin yekunu ilə bağlı hazırlanan hesabatın təqdimatı keçirilib. APA-nın məlumatına görə, İnsan Hüquqları üzrə Maarifləndirmə İctimai Birliyinin sədri İradə Cavadova bildirib ki, iyunun 1-dən dekabrın sonuna qədər keçirilən layihə çərçivəsində qadın hüquqşünasların qarşılaşdıqları problemlər araşdırılıb. O, məsələ ilə bağlı keçirilən monitorinqin nəticələri barədə danışıb: “Çalışdıqları dövlət qurumlarında qadın hüquqşünasların analıq məzuniyyətinə çıxmasına problem yaradılır. Bununla yanaşı vəkillər arasında qadınların sayı çox azdır. Bu balansın pozulması əsasən rayonlarda hiss olunur. Eyni zamanda qadın hüquqşünaslar üçün təkmilləşmə kurslarının açılmasına ehtiyac var”. ATƏT-in Bakı ofisinin rəhbər müavini Aleks Şahtaxtinski bildirib ki, layihə çərçivəsində keçirilən monitorinqin nəticələrindən razıdır. O, Azərbaycan qadınlarının demokratikləşmə prosesində bir çox nailiyyətlər əldə etdiyini də deyib: “Azərbaycan müəyyən qədər nailiyyətlər əldə edərək, dünya ölkələrinə nümunə göstərib. 1918-ci ildə azərbaycanlı qadınlara səsvermə hüququ verilib. Həmin dövrdə bir çox Avropa ölkəsində qadınlara belə imkan verilməmişdi”. Onun sözlərinə görə, buna baxmayaraq, Azərbaycanda gender problemi aradan qaldırılmayıb. Ədliyyə Nazirliyinin ictimaiyyətlə əlaqədar şöbəsinin əməkdaşı Vüqar Ağayev və Baş Prokurorluğun mətbuat xidmətinin nümayəndəsi Əntiqə Qonaqova isə dövlət qurumlarında qadın hüquqşünasların hər hansı problemlə qarşılaşdıqlarını təkzib ediblər. Tədbirdə çıxış edən digər natiqlər də qadınların hüquq sahəsindəki fəaliyyətinin müxtəlif aspektlərinə toxunublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR