Bank Of Baku

Avropa Hərbi Təşkilatlar Assosiasiyasının prezidenti martın 5-də Azərbaycana gələcək

Avropa Hərbi Təşkilatlar Assosiasiyasının prezidenti martın 5-də Azərbaycana gələcək
# 04 mart 2008 07:38 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov-APA. Avropa Hərbi Təşkilatlar Assosiasiyasının (EUROMİL - European Organisation of Military Associations) prezidenti Emmanuel Yakob martın 5-də Azərbaycana gələcək. Bu barədə APA-ya “Ehtiyatda və İstefada olan Zabitlər” İctimai Birliyinin sədri Yaşar Cəfərli məlumat verib. E. Yakob martın 6-da Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunda fəaliyyət göstərən hərbi yönümlü qeyri-hökumət təşkilatları ilə “çətir assosiasiyası”nın yaradılmasına dair məsələləri müzakirə edəcək, həmçinin assosiasiyanın nizamnaməsinin hazırlanmasına dair fikir mübadiləsi aparacaq.
Qeyd edək ki, EUROMİL-in 22 ölkədən 34 üzvü var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR