Bank Of Baku

“Əlil insanlar üçün təhlükəsizlik standartlarının tətbiqi və mexanizmlər” mövzusunda dəyirmi masa keçirilib

“Əlil insanlar üçün təhlükəsizlik standartlarının tətbiqi və mexanizmlər” mövzusunda dəyirmi masa keçirilib
# 05 mart 2008 10:39 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Azərbaycan Gözdən Əlillər Cəmiyyəti “Beynəlxalq konvensiyalara, yerli qanunvericiliyə uyğun olaraq gözdən əlil insanlar üçün təhlükəsizlik standartlarının tətbiqi və mexanizmlər” mövzusunda dəyirmi masa keçirib. APA-nın məlumatına görə, cəmiyyətin sədr müavini Bəybala İbadullayev bildirib ki, Azərbaycanda əlil insanlar üçün təhlükəsizlik standartlarının tətbiqi sahəsində ciddi problemlər var və bununla bağlı ilk növbədə Bakı şəhər İcra Hakimiyyəti müvafiq tədbirlər həyata keçirməlidir. B. İbadullayev Nazirlər Kabinetinin “Əlillərin problemləri üzrə kompleks proqram” haqqında 185 saylı qərarının olduğunu da diqqətə çatdırıb. O, Azərbaycanın “Əlilliyi olan şəxslərin hüquqları haqqında konvensiya”ya qoşulduğunu da deyib: “Gözdən əlil insanın qarşıladığı təhlükə yaşadığı evin kandarından başlanır. Bunu Avropa ölkələri ilə müqayisə etdikdə görmək olar. Məsələn, artıq Qərb ölkələrində işıqforlar səslidir və gözdən əlil insanların hərəkətini tənzimləyir. Şəhərdə aparılan tikintilər zamanı isə gözdən əlillərin hərəkət imkanları nəzərə alınmır”. Tədbirdə çıxış edən dövlət və hökumət qurumlarının nümayəndələri isə bu sahədə çatışmamazlıqların olduğunu, lakin problemlərin aradan qaldırılması üçün müvafiq addımların atıldığını söyləyiblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR