Bank Of Baku

“Şəffaflıq Azərbaycan” Suraxanı rayon İcra Hakimiyyətində seminar keçirib

“Şəffaflıq Azərbaycan” Suraxanı rayon İcra Hakimiyyətində seminar keçirib
# 05 mart 2008 11:19 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli - APA. “Transparency İnternational” beynəlxalq təşkilatının Azərbaycan bölməsi olan “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi Suraxanı rayon İcra Hakimiyyətinin işçiləri, rayon üzrə bələdiyyə və qəsəbə nümayəndələrinin iştirakı ilə seminar keçirib. İctimai Birlikdən APA-ya verilən məlumata görə, seminar “İctimai Maraqların Müdafiəsi və Hüquq Məsləhət Mərkəzi” layihəsi, “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya”nın maarifləndirmə komponenti çərçivəsində təşkil olunub. Təlim xarakteri daşıyan seminar zamanı korrupsiya anlayışı, onun səbəbləri, nəticələri və formaları haqqında məlumatlar diqqətə çatdırılıb. İştirakçılara eyni zamanda “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya” çərçivəsində mərkəzi və yerli icra orqanlarının fəaliyyəti üzrə tədbirlər planı, “Transparency İnternational” təşkilatı, “Şəffaflıq Azərbaycan” təşkilatının fəaliyyət istiqamətləri izah olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR