Bank Of Baku

Azərbaycanda bioloji təhlükənin yayılmasının qarşısını alan şəbəkə qurulur

Azərbaycanda bioloji təhlükənin yayılmasının qarşısını alan şəbəkə qurulur
# 05 mart 2008 15:15 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. ABŞ Müdafiə Nazirliyi və Azərbaycan hökuməti arasında martın 3-də Bakıda başlayan ABŞ Müdafiə Nazirliyinin Bioloji Təhlükələrin Azaldılması Proqramının Elektron İnteqrasiya edilmiş Xəstəliklərin Müşahidə Sisteminin (EİDSS) ikinci Harmonizasiya görüşü bu gün yekunlaşır. APA-nın məlumatına görə, bu görüş 2007-ci il fevralında Bakıda Azərbaycan, Qazaxıstan, Özbəkistan və Ukraynanın Səhiyyə və Kənd Təsərrüfatı nazirliklərinin, ABŞ-ın Xəstəliklərə Nəzarət Mərkəzinin, ABŞ Müdafiə Nazirliyinin xəstəliklərin müşahidəsi üzrə mütəxəssislərinin iştirakı ilə keçirilən birinci görüşdən sonrakı irəliləyişlərin nəzərdə keçirilməsinə, EİDSS proqram təminatının yeniliklərinin müzakirə edilməsinə, xəstəliklər barədə hesabat verilməsi üzrə regional əməkdaşlığın inkişaf etdirilməsinə həsr edilib. Üç günlük görüş zamanı nümayəndələr insan və heyvan xəstəlikləri barəsində hesabat vermə, mövcud laboratoriya təcrübələri ilə bağlı ölkələrinin perspektivini təqdim etmək məsələlərini müzakirə ediblər.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin beynəlxalq məsələlər üzrə baş mütəxəssisi Eldəniz Zeynalov bildirib ki, ABŞ Müdafiə Nazirliyi Azərbaycan, Gürcüstan, Qazaxıstan, Özbəkistan və Ukrayna hökumətləri ilə birlikdə Bioloji Təhlükələrin Azaldılması Proqramı vasitəsilə bioloji təhlükənin yayılmasının qarşısının alınması üzərində işləyir. ABŞ Müdafiə Nazirliyi və onun tərəfdaşı ölkələrdə epidemioloji alovlanma barəsində məlumatının sürətli ötürülməsinə yardım göstərmək üçün EİDSS ilə əlaqələndirilən milli regional və rayon səviyyələrində xəstəliklərə müşahidə və diaqnostik laboratoriya şəbəkələri hazırlayır. Tədricən bu milli şəbəkələr digər tərəfdaş sistemlərlə əlaqələndirilərək xəstəliklərin monitorinqi, hesabat verilməsini, xəstəliklərin yayılmasının qarşısının alınmasını gücləndirəcək və potensial bio-təhlükə və pandemiyalar barəsində erkən xəbərdarlığın verilməsini təmin edəcək. Sistem Azərbaycanda tam quraşdırılandan sonra EİDSS xəstəliklərlə bağlı məlumatın nazirlik, respublika, zona və rayon səviyyəli obyektlərinə sürtələ ötürülməsi təmin olunacaq. Buraya Azərbaycanın Respublika Gigiyena və Epidemiologiya Mərkəzi və onun 65 regional, 11 Bakı şöbəsi, Respublika Taun Əleyhinə Stansiya və onun 6 regional şöbəsi, Respublika Baytarlıq Laboratoriyası, 4 zona baytarlıq laboratoriyası, 12 baytarlıq şöbəsi daxil olacaq. E. Zeynalovun sözlərinə görə, artıq bu sistem Sabirabadın zona baytarlıq laboratoriyasında, Saatlı Baytarlıq İdarəsində qurulub. Hazırda Qubada bu sistemin qurulması üçün hazırlıq işləri görülür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR