Bank Of Baku

“İdeal ailənin formulu: ənənəvi dəyərlər və müasirlik” mövzusunda müsabiqə başlayıb

“İdeal ailənin formulu: ənənəvi dəyərlər və müasirlik” mövzusunda müsabiqə başlayıb
# 06 mart 2008 11:47 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. Ailələrə dövlət qayğısı sahəsində həyata keçirilən tədbirlərin səmərəliliyini artırmaq, ailənin tərbiyəvi funksiyasının gücləndirilməsinə əlverişli şərait yaratmaq məqsədilə “İdeal ailənin formulu: ənənəvi dəyərlər və müasirlik” mövzusunda müsabiqəyə start verilib. APA-nın məlumatına görə, müsabiqənin başlanmasına həsr olunan tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, müsabiqədə əsas məqsəd KİV nümayəndələrinin köməyi ilə geniş ictimaiyyətin diqqətini vacib sosial institut kimi ailə dəyərlərinə yönəltmək, yerli və regional səviyyələrdə həyata keçirilən ailə siyasətini işıqlandırmaqla cəmiyyətin bu sahəyə diqqətini cəlb etməkdir. Ailə, Qadın və Uşaq Problemləri üzrə dövlət Komitəsi, BMT İctimai İnformasiya Departamentinin Azərbaycan ofisi, Açıq Cəmiyyət İnstitutunun Gender Bərabərliyi və Qadın Təşəbbüsü İctimai Birliyinin təşkilatçılığı ilə başlayan müsabiqəyə mayın 5-də, 15 may - Beynəlxalq Ailə Günü ərəfəsində yekun vurulacaq.
Qeyd edək ki, son statistikaya əsasən 8629,9 nəfər əhalisi olan Azərbaycanda 1831,1 ailə və 1872,1 uşaq var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR