Bank Of Baku

Bu il Beynəlxalq Qadınlar Gününün mövzusu “Sərmayənin qadın və qızların inkişafına yönəldilməsi”dir

Bu il Beynəlxalq Qadınlar Gününün mövzusu “Sərmayənin qadın və qızların inkişafına yönəldilməsi”dir
# 06 mart 2008 12:20 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. “Pekin Fəaliyyət Platformasının icrasının 10 illik icmalı hələ də bir sıra ölkələrdə aparılan siyasət və tətbiq olunan təcrübə arasında ciddi boşluğun olduğunu aşkar edib. Bu, siyasi iradənin olmaması, uyğun resursların çatışmazlığı və kifayət qədər büdcənin ayrılmamasında özünü aydın şəkildə büruzə verir. Bu səbəbdən də bu il qeyd olunan Beynəlxalq Qadınlar Gününün mövzusu “Sərmayənin qadın və qızların inkişafına yönəldilməsi”dir”. BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycan ofisindən APA-ya verilən məlumata görə, bu sətirlər BMT baş katibinin 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə müraciətində yer alıb. Müraciətdə qeyd olunur ki, lazımi maliyyənin ayrılmasından imtina nəinki gender bərabərliyi və qadınlara daha çox imkanların verilməsi səylərini çətinləşdirir, həmçinin “Minilliyin inkişaf məqsədləri”nə çatmaq cəhdlərinə maneə törədir: “Biz 2015-ci ildə sona yetməli olan “Minilliyin inkişaf məqsədləri”nə çatmaq üçün yolun yarısındayıq və yalnız bütün dünyada qızların və qadınların rolunun yaxşılaşdırılması üçün lazımi sahələrə sərmayə yönəltməklə bu yolu qət edə bilərik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR