Bank Of Baku

Beynəlxalq Qırmızı Xaç Komitəsi 8 Mart - Beynəlxalq Qadınlar Günü ilə bağlı açıqlama yayıb

Beynəlxalq Qırmızı Xaç Komitəsi 8 Mart - Beynəlxalq Qadınlar Günü ilə bağlı açıqlama yayıb
# 06 mart 2008 13:10 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. “Yüz minlərlə qadın üçün silahlı münaqişələrin ən dəhşətli nəticəsi öz itkin düşən qohumları barədə uzun müddətli və əzablı xəbər gözləməkdir. Ölənlərin və ya itkin düşənlərin böyük əksəriyyətini kişilər təşkil etdiyinə görə, onların başına gələnləri öyrənmək cəhdləri adətən ağır yük kimi ailələrdəki qadınların üzərinə düşür”. Bu fikirlər Beynəlxalq Qırmızı Xaç Komitəsinin 8 Mart - Beynəlxalq Qadınlar Günü ilə bağlı yaydığı açıqlamada qeyd olunub. BQXK-nin Azərbaycan nümayəndəliyindən APA-ya verilən məlumata görə, müraciətdə qurum tərəfindən bu qadınların vəziyyətini yüngülləşdirmək öhdəliyinin bir daha vurğulandığı bildirilib. BQXK-nın müharibə vəziyyətində qadınlara kömək proqramının rəhbəri Florens Tersier bildirib ki, bu il Beynəlxalq Qadınlar Günündə itkin düşmüş kişi qohumları olan qadınların çətin vəziyyətinə xüsusi diqqət yetirmək istəyirlər: “Yoxa çıxmaların qarşısının alınması və ailəsində itkini olan qadınlara lazım dəstəyi təmin etmək üçün mümkün olan hər şey edilməlidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR