Bank Of Baku

Azərbaycan nümayəndə heyətinin təklifi ilə BMT-də girov qadın və uşaqların azad olunması haqqında qətnamə qəbul olunub

Azərbaycan nümayəndə heyətinin təklifi ilə BMT-də girov qadın və uşaqların azad olunması haqqında qətnamə qəbul olunub
# 07 mart 2008 08:04 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. BMT-nin qadınların vəziyyətinə dair komissiyasının 52-ci sessiyasında iştirak edən Azərbaycan nümayəndə heyəti girov götürülmüş qadın və uşaqların azad olunması haqqında qətnamə layihəsi təqdim edib. APA-nın məlumatına görə, sessiyada çıxış edən Azərbaycan nümayəndə heyətinin üzvü Rəna Salayeva deyib ki, bu problemə beynəlxalq ictimaiyyət lazımi diqqət yetirmir. Qətnamə layihəsində quruma üzv dövlətlər hərbi cinayətlər törətmiş cinayətkarların cəzasız qalmaması üçün tədbirlər görməyə çağırılıb. Sessiyada bu layihə ilə yanaşı, daha üç qətnamə qəbul edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR