Bank Of Baku

“ORLEN” Neft Konserni Polşada neft-kimya zavodunun əsas qurğusunun layihəsini hazırlamışyan azərbaycanlı alimə əlil arabası bağışlayıb

“ORLEN” Neft Konserni Polşada neft-kimya zavodunun əsas qurğusunun layihəsini hazırlamışyan azərbaycanlı alimə əlil arabası bağışlayıb
# 07 mart 2008 15:28 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Polşanın “ORLEN” Neft Konserni azərbaycanlı alim Fəhirə Eminovaya əlil arabası hədiyyə edib. APA-nın məlumatına görə, hədiyyənin təqdimetmə mərasimi Polşanın Bakıdakı səfirliyində keçirilib. Əlil arabasını təqdim edən “ORLEN”nin vitse-prezidenti Tsezari Filipoviç bildirib ki, keçən əsrin 70-ci illərində Polşanın Mozovetsk neft-kimya zavodunda quraşdırılmış ELOU-AVT-3 qurğusunun layihəsi baş mühəndis Fəhirə Eminovanın rəhbərliyi ilə Bakıda fəaliyyət göstərən “Qiproazneft” elmi-tədqiqat institutunun işçiləri tərəfindən hazırlanıb. Filipoviçin sözlərinə görə, sonradan Mozovetsk neft-kimya zavodunun əsasında hazırkı “ORLEN” Neft Konserni yaranıb və Azərbaycan mütəxəssislərinin layihəsi əsasında quraşdırılmış qurğu hazırkı neft emalı zavodunda uğurla istifadə edilir: “Biz bu səbəbdən qurğunun layihəsini hazırlamış insanları tapıb öz minnətdarlığımızı bildirmək istədik. Əfsuslar olsun ki, onlardan yalnız Fəhirə xanım həyatdadır və artıq 3 ildir ki xəstədir. Biz onun istəyini nəzərə alıb əlil arabasını ona hədiyyə edirik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR