Bank Of Baku

Beynəlxalq Miqrasiya Təşkilatı 8 Mart Beynəlxalq Qadınlar günü ilə bağlı müraciət yayıb

Beynəlxalq Miqrasiya Təşkilatı 8 Mart Beynəlxalq Qadınlar günü ilə bağlı müraciət yayıb
# 07 mart 2008 16:03 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. Beynəlxalq Miqrasiya Təşkilatı 8 Mart - Beynəlxalq Qadınlar günü ilə bağlı müraciət yayıb. Təşkilatın Azərbaycan nümayəndəliyindən APA-ya verilən məlumata görə, müraciətdə qeyd olunub ki, mənşə ölkələrində qalmış ailələrin təhlükəsizliyini təmin etmək baxımından qloballaşmış dünyada insanların daha təhlükəsiz miqrasiyasına artan diqqət və əməkçi miqrantların hüquqlarının qorunması üzrə göstərilən daha genişmiqyaslı səylər sistematik olaraq bir-birinə uyğunlaşdırılmır. Qurumun baş direktorunun müavini Ndioro Ndiaye bildirib ki, mənşə ölkələri miqrantlar tərəfindən təmin olunan irimiqyaslı pul köçürmələrindən daha çox asılı vəziyyətə düşür və xaricdə əmək fəaliyyəti ilə məşğul olan vətəndaşlarının fəaliyyətini özlərinin iqtisadi inkişafı baxımından zəruri hesab edir. Hazırda dünyada mövcud olan 200 milyon beynəlxalq miqrantın təxminən yarısını təşkil edən qadın miqrantlar ölkələrinə qayıtdıqdan sonra alkoqolizm, ailə xarakterli sədaqətsizlik və ya ayrı qaldıqları dövrdə cavabdehliklərin və tənhalığın öhdəsindən gələ bilməyən həyat yoldaşları tərəfindən zorakılıq hallar ilə üzləşə bilirlər. N. Ndiaye qeyd edib ki, hökumətlər, vətəndaş cəmiyyəti qurumları və beynəlxalq təşkilatlar əmək miqrasiyası, tənzimlənməyən miqrasiya və insan alveri kimi məsələlərin öhdəsindən gəlməyə çalışdıqları kimi, miqrantların ailələri üçün də spesifik layihələr həyata keçirilməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR