Bank Of Baku

Bakının audiovizual satış məntəqələrindən 10 minə yaxın saxta DVD və CD satışdan çıxarılıb

Bakının audiovizual satış məntəqələrindən 10 minə yaxın saxta DVD və CD satışdan çıxarılıb
# 10 mart 2008 08:30 (UTC +04:00)
Nazirlikdən APA-ya verilən məlumata görə, monitorinq aparılan təsərrüfat subyektlərində üzərində istehsalçı müəssisənin (studiyanın) adı, ünvanı və digər zəruri məlumatlar göstərilməyən müxtəlif formatlarda DVD və CD-lərin satıldığı müəyyən olunub. Bundan başqa, bu satış məntəqələrində yerli müğənnilərin ifalarından ibarət CD-lər və xarici kinofilmlərdən ibarət toplu şəkildə hazırlanan DVD-lər aşkarlanıb. Qeyd olunan məhsullar satış üçün zəruri sənədlər olmadan, kinofilmlər isə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyində müvafiq qeydiyyata alınmadan satışa çıxarılıb. Saxta, pirat, mənşəyi bəlli olmayan 10 minə yaxın DVD və CD müvafiq rəsmiləşmə aparıldıqdan sonra müsadirə edilib. Audiovizual sənaye məhsullarının qanunsuz satışını həyata keçirən təsərrüfat subyektləri barədə qanunvericiliyə uyğun tədbirlər görüləcək.
Qeyd edək ki, audiovizual sənaye məhsullarının satış bazarında monitorinqlər davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR