Bank Of Baku

Naxçıvanda internet-klublarda pornoqrafik saytlardan istifadə edənlər və buna şərait yaradanlar cəzalandırılacaq

Naxçıvanda internet-klublarda pornoqrafik saytlardan istifadə edənlər və buna şərait yaradanlar cəzalandırılacaq
# 11 mart 2008 09:14 (UTC +04:00)
Naxçıvan. Samir Cabbarov-APA. Naxçıvanda internet-klublarda pornoqrafik saytlardan istifadə edən və ya istifadəyə şərait yaradan şəxslər cinayət məsuliyyətinə cəlb olunacaq. APA-nın məlumatına görə, artıq bu barədə regionda fəaliyyət göstərən internet-klublara xəbərdarlıq edilib. Hazırda əksər klub və kafedə qabaqlayıcı tədbir kimi bütün kompüterlərə pornoqrafik materiallardan ibarət saytlara keçidin qarşısını alan əks proqramlar (“anti-porn”) yüklənilib. Klublarda belə saytlardan istifadə edənlərin və ya buna cəhd göstərənlərin cinayət məsuliyyətinə cəlb olunacağı ilə bağlı xəbərdarlıq elanları asılıb.
Qeyd edək ki, fevralın 28-də Naxçıvanda bütün internet-klubların fəaliyyəti məhdudlaşdırılıb. Martın 6-da isə məhdudiyyət aradan qaldırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR