Bank Of Baku

Güclü qasırğa Balakənə elektrik enerjisinin verilməsində problem yaradıb

Güclü qasırğa Balakənə elektrik enerjisinin verilməsində problem yaradıb
# 12 mart 2008 09:03 (UTC +04:00)
Balakən. Hafiz Heydərov-APA. Martın 11-də ölkənin şimal-qərb bölgəsində baş verən güclü qasırğa Balakən rayonuna da ciddi ziyan vurub. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, güclü külək enerji təchizatını iflic vəziyyətə salıb, rayon mərkəzi və onlarla kənd işıqsız qalıb. Yol kənarındakı ağaclar, yüksək gərginlikli xətlərin keçdiyi 8 elektrik dirəyi aşıb. Bəzi ərazilərdə yaşayış obyektlərinə də ciddi ziyan dəyib. Balakən rayon İcra Hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyasından verilən məlumata görə, hazırda təbii fəlakət nəticəsində rayona dəymiş ziyan hesablanır və artıq rayonun bəzi ərazilərinə elektrik enerjisinin verilməsi bərpa edilib. Digər ərazilərə isə enerjinin verilməsi günün ikinci yarısında mümkün olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR