Bank Of Baku

Zaqatalada mədəniyyət evi açılıb

Zaqatalada mədəniyyət evi açılıb
# 12 mart 2008 14:15 (UTC +04:00)
Zaqatala. Hafiz Heydərov-APA. Zaqatalanın Danaçı kəndində mədəniyyət evinin açılışı olub. Rayon İcra Hakimiyyətindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, sovet vaxtında tikilən kənd mədəniyyət evi son illər tam yararsız hala düşüb. 250 nəfərlik auditoriyası olan Danaçı kənd mədəniyyət evi rayonun daxili imkanları hesabına əsaslı təmir olunaraq müasir avadanlıqlarla təchiz edilib. Açılış mərasimində kənd sakinləri qarşısında çıxış edən RİH-nin başçısı Asif Əsgərov rayonda aparılan tikinti-abadlıq və quruculuq işlərindən danışaraq Zaqatalanın inkişaf mərhələsində olduğunu vurğulayıb. A. Əsgərov həmçinin kənd sakinləri ilə görüşərək, onların problemləri ilə yerində tanış olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR