Bank Of Baku

Sabah Bakıda axır çərşənbə ilə əlaqədar bayram tədbirləri keçiriləcək

Sabah Bakıda axır çərşənbə ilə əlaqədar bayram tədbirləri keçiriləcək
# 17 mart 2008 15:31 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. Axır çərşənbədə Bakı şəhər İcra Hakimiyyətinin (BŞİH) təşkilatçılığı ilə Qız Qalasında bayram tonqalı yandırılacaq və bayram şənliyi təşkil olunacaq. Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, həmin gün saat 12.00-da milli geyimli oğlan və qızlar, Novruz personajları atlıların müşayiəti ilə faytonlarla “Azneft” meydanından Suraxanı Atəşgahına yola düşəcək. Fayton karvanı Bakı şəhərinin bütün inzibati rayonlarının ərazisindən keçəcək və Atəşgahdan geri qayıdarkən xüsusi atəşfəşanlıq olacaq. Atəşgahdan gətirilən od Bakının mərkəzində Heydər Əliyev Sarayının qarşısından keçərək Qız qalasına aparılacaq və alpinistlər vasitəsilə qalanın yuxarısında bayram tonqalı yandırılacaq. Saat 19.00-da Qız qalasının qarşısında incəsənət ustalarının iştirakı ilə bayram şənliyi başlayacaq. Şəhər rəhbərliyi sakinləri və paytaxtın qonaqlarını bu şənlikdə iştirak etməyə çağırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR