Bank Of Baku

Gəncədə dünyanın ən böyük paxlavası hazırlanıb - FOTOSESSİYA

Gəncədə dünyanın ən böyük paxlavası hazırlanıb - <font color=#FF0000> FOTOSESSİYA</font>
# 19 mart 2008 12:05 (UTC +04:00)
APA-nın qərb bürosunun məlumatına görə, Nurgül LTD şirkəti tərəfindən məxsusi olaraq Novruz bayramı üçün hazırlanmış paxlava şəhərin mərkəzi meydanında qoyulub. Paxlavanın uzunluğu 12 metr, eni 3,4 metrdir. Paxlavanın hazırlanmasına 7000 ədəd yumurta, 350 kiloqram şəkər tozu, 350 kiloqram un, 350 kiloqram yağ, 320-325 kiloqram qoz və fındıq ləpəsi, 25 kiloqram fıstıq, 20 kiloqram badam, 10 kiloqram bal, 5 kiloqram hil, 5 kiloqram küncüt sərf olunub. Nəhəng paxlavanın hazırlanmasına 10 gün vaxt sərf olunub, bu işə 10 şirniyyatçı əmək sərf edib. Paxlava 8000 manata başa gəlib.
Bu gün şəhərin Heydər Əliyev meydanında keçirilən bayram mərasimində paxlava kəsilərək 8400 şəhər sakininə paylanıb.
Gəncədə keçirilən bayram tədbiri şəhərin mərkəzi meydanındakı böyük səməninin ətrafında keçirilib. Səməninin uzunluğu 17 metr, eni 4 metr olub. Gəncə şəhər İcra Hakimiyyətinin sifarişi ilə Gəncə Mənzil-Kommunal İstehsalat Birliyi tərəfindən hazırlanan səməninin üzərində şəhərin gerbi əks olunub.

















1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR