Bank Of Baku

Naxçıvan Dövlət Universitetində “Dünyada Novruz” mövzusunda beynəlxalq simpozium keçirilib

Naxçıvan Dövlət Universitetində “Dünyada Novruz” mövzusunda beynəlxalq simpozium keçirilib
# 20 mart 2008 09:15 (UTC +04:00)
Naxçıvan APA. Naxçıvan Dövlət Universitetində “Dünyada Novruz” mövzusunda beynəlxalq simpozium keçirilib. NDU-nun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, simpoziumu giriş sözü ilə açan universitetin rektoru, akademik İsa Həbibbəyli Novruz bayramının türk xalqlarının milli mənəviyyatındakı özünəməxsus yerindən, siyasi-ideoloji və astroloji əhəmiyyətindən danışıb. Rektor müstəqillik qazandıqdan sonra bu milli bayramın da dövlət səviyyəsində qeyd olunmasından, bu bayramın keçirilməsinin milli söy-kökünə qayıdışdakı əhəmiyyətindən söz açıb.
Misir Ərəb Respublikasının Azərbaycandakı səfiri Yusif Əhməd əş-Şərqavi iki ölkənin qədim Şərq mənəviyyatına və tarixi köklərinə söykənməsindən, Novruz bayramının dünyəviliyindən danışıb.
AMEA-nın Naxçıvan bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü Hacı Qadir Qədirzadə “Azərbaycanda Novruz” mövzusunda məruzə ilə çıxış edib.
Qars Qafqaz Universiteti İqdır Yüksək Məslək Okulunun müdiri Turqut Ocal Türkiyədə Novruz bayramının keçirilməsi ilə bağlı adət-ənənələrdən söz açıb.
Misirin Əl-Əhzər Universitetinin professoru, filologiya elmləri doktoru Həmdi Məhruz Naxçıvanda milli bayramların keçirilməsinə, adət-ənənələrin qorunub saxlanmasına böyük diqqət yetirilməsindən məmnunluğunu bildirib.
Simpozium bölmə iclasları ilə işini davam etdirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR