Bank Of Baku

21 il Sankt-Peterburqun Mariinski teatrında səhnəyə çıxmış uzunqulaq bu gün “təqaüdə” yola salınacaq

21 il Sankt-Peterburqun Mariinski teatrında səhnəyə çıxmış uzunqulaq bu gün “təqaüdə” yola salınacaq
# 22 mart 2008 09:14 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Bu gün 21 il Sankt-Peterburq zooparkında yaşayıb bu şəhərin məhşur Mariinski teatrının səhnəsində çıxış etmiş “Monika” adlı uzunqulaq təntənəli şəkildə “təqaüdə” yola salınacaq. APA-nın Rusiyanın “İTAR-TASS” agentliyinə istinadən verdiyi məlumata görə, “Don Kixot” və “Undina” tamaşalarında iştirak edən uzunqulaqla vida zooparkda keçiriləcək, teatrın rəqqasəsi Anastasiya Koleqova “Monika”ya yer kökü, dən, göyərti və almalardan hazırlanmış tort hədiyyə edəcək.
Qeyd edək ki, bu uzunqulaq 1987-ci ildə Azərbaycanda dünyaya gəlib, “Monika” 6 ayından Sankt-Peterburq zooparkında yaşayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR