Bank Of Baku

Tovuzda Novruz bayramı münasibəti ilə tədbir keçirilib

Tovuzda Novruz bayramı münasibəti ilə tədbir keçirilib
# 23 mart 2008 08:39 (UTC +04:00)
Tovuz. Ayxan Hüseynov APA. Tovuz rayonunda Novruz bayramı münasibəti ilə böyük bayram tədbiri təşkil edilib. APA-nın qərb bürosunun xəbərinə görə, tədbirdə yerli əhali ilə yanaşı, Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov, millət vəkilləri Qənirə Paşayeva, Nazim Məmmədov və İraqın Azərbaycandakı səfiri Ərşad İsmayıl ailəsi birlikdə iştirak edib. Tovuz rayonunun mərkəzi meydanında təşkil olunmuş bayram tədbirində idmançılar və pəhləvanlar öz məharətlərini göstəriblər. Bayram tədbirində çıxış edən İraqın ölkəmizdəki səfiri Ərşad İsmayıl əslən İraqın Kərkük şəhərindən olduğunu bildirərək, Azərbaycanın adət-ənənələrinin və dilinin onun üçün doğma olduğunu söyləyib. Millət vəkili Qənirə Paşayeva və Tovuz RİH başçısı Tofiq Zeynalov da tədbir iştirakçılarını və rayon əhalisini bayram münasibəti ilə təbrik ediblər.
Bayram münasibəti Tovuz rayonunda təşkil edilən konsertdə xalq artistləri Zaur Rzayev, Zümrüd Məmmədova, gənc müğənni Xaliq və populyar müğənni Tünzalə Ağayevanın ifalarında şən mahnılar səslənib. Konsertdə həmçinin Tünzalə Ağayevanın ifasında sözləri Qənirə Paşayevaya aid və “Ruhani” havası üzərində oranjeman edilmiş “Azərbaycan balası” mahnısı ilk dəfə səslənib və tədbir iştirakçıları tərəfindən böyük coşqu ilə qarşılanıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR