Bank Of Baku

Masallıda Qarabağ əlilləri və şəhid ailələri üçün yeni yaşayış binası istifadəyə verilib

Masallıda Qarabağ əlilləri və şəhid ailələri üçün yeni yaşayış binası istifadəyə verilib
# 25 mart 2008 10:27 (UTC +04:00)
Masallı. Ağaddin Babayev - APA. Masallı rayonunda şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün 32 mənzilli yaşayış binasının açılışı olub. APA-nın Cənub bürosunun məlumatına görə, yerli sakinlər, müəssisə və təşkilat rəhbərləri, əmək və müharibə veteranları, Qarabağ əlilləri və şəhid ailələri üzvlərinin iştirak etdiyi mərasimdə çıxış edən Masallı rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev Novruz Bayramı günlərində 32 ailənin yeni mənzillə təmin olunmasını dövlətin həyata keçirdiyi sosial siyasətin nəticəsi kimi qiymətləndirib.
Mərasimin sonunda yeni mənzillərin order və açarları sahiblərinə təqdim olunub, həmçinin bütün mənzil sahiblərinə televizor hədiyyə verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR