Bank Of Baku

Salyan sakinləri Kür çayının istiqamətinin dəyişdirilməməsi xahişi ilə ölkə rəhbərliyinə müraciət ediblər

Salyan sakinləri Kür çayının istiqamətinin dəyişdirilməməsi xahişi ilə ölkə rəhbərliyinə müraciət ediblər
# 28 mart 2008 11:03 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. Salyan rayonunun bir qrup sakini Kür çayının istiqamətinin dəyişdirilməməsi xahişi ilə ölkə rəhbərliyinə müraciət edib. Bu barədə APA-ya rayonda fəaliyyət göstərən “Demokratiyaya Yardım” İctimai Birliyinin sədri Emil Məmmədov məlumat verib. Onun sözlərinə görə, Kürün rayon ərazisindən keçən hissəsində istiqamətin dəyişdirilməsi ilə bağlı Nazirlər Kabinetinin bir müddət əvvəl qəbul etdiyi qərarın icrasına başlanılıb. Qərara görə, Kürün rayon mərkəzindən keçən 5.5 km-lik hissəsi düz xətt boyunca 1.2 km-lik hissə ilə əvəz olunacaq. Qərarda Neftçala rayonunun Şorkənd kəndində yerləşən 65 evin köçürülməsi də nəzərdə tutulub. E. Məmmədovun sözlərinə görə, Kürün istiqamətinin dəyişdirilməsi rayon sakinlərində narazılıq yaradıb. Onlar ölkə prezidentinə etdiyi müraciətdə çayın istiqamətinin dəyişdirilməsinin gələcəkdə rayon üçün təhlükə yaradacağını, içməli su problemlərinin ortaya çıxacağını qeyd ediblər. Rayon mütəxəssisləri daşqınların qarşısının başqa yollarla alınmasının mümkün olduğunu bildiriblər: “Son illərə qədər Kür çayı hər hansı daşqın təhlükəsi yaratmırdı. Sadəcə, çaydan lilin daimi olaraq təmizlənməməsi daşqınlara və həmçinin, rayon ərazisindəki drenaj sisteminin sıradan çıxması isə qrunt sularının yığılmasına səbəb olub”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR