Bank Of Baku

Azərbaycanın Quba rayonunda aşkarlanan kütləvi məzarlıqda arxeoloji qazıntılar apreldə bərpa olunacaq

Azərbaycanın Quba rayonunda aşkarlanan kütləvi məzarlıqda arxeoloji qazıntılar apreldə bərpa olunacaq
# 29 mart 2008 09:55 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı-APA. “Qubada aşkarlanan kütləvi məzarlıqda aparılan arxeoloji qazıntıların növbəti mərhələsinə aprelin 4-də başlanacaq. Hazırda ərazidə tədqiqatların başlanması üçün hazırlıq işləri görülür”. Bunu APA-ya Qubada aşkarlanan kütləvi məzarlıqda tədqiqat aparan elmi ekspedisiyanın rəhbəri Qəhrəman Ağayev deyib. O, məzarlıqdakı sürüşmənin qarşısının alınması üçün quyuların ətrafına qoruyucu dirəklər vurulduğunu bildirib: “Torpağın uçması təhlükəsi artıq aradan qaldırılıb. Hava şəraiti də normal olduğundan ekspedisiyanın fəaliyyətini davam etdirməsinə imkan yaranıb. Ona görə də biz yubanmadan arxeoloji qazıntılara başlamalıyıq”.
Qeyd edək ki, 1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırım nəticəsində yaranan Qubadakı kütləvi məzarlıq 2007-ci il aprelin 2-də aşkarlanıb. Həmin il iyulun 13-dən dekabrın 29-dək ərazidə aparılan arxeoloji qazıntılara havaların soyuması ilə müvəqqəti fasilə verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR