Bank Of Baku

Minskdə əqli mülkiyyət sahəsində qanun pozuntularının qarşısının alınması üzrə əməkdaşlıq haqqında sazişin işçi komissiyasının iclası keçirilib

Minskdə əqli mülkiyyət sahəsində qanun pozuntularının qarşısının alınması üzrə əməkdaşlıq haqqında sazişin işçi komissiyasının iclası keçirilib
# 29 mart 2008 14:36 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. Martın 25-26-də Belarusun paytaxtı Minsk şəhərində əqli mülkiyyət sahəsində qanun pozuntularının qarşısının alınması üzrə əməkdaşlıq haqqında sazişin iştirakçı dövlətlərinin birgə işçi komissiyasının 16-cı iclası keçirilib. İclasda Azərbaycanı Müəllif Hüquqları Agentliyinin əməkdaşı Anar Hüseynov təmsil edib. Agentlikdən APA-ya bildiriblər ki, A. Hüseynov toplantıda çıxış edərək Azərbaycanda əqli mülkiyyət hüquqlarının qorunması sahəsində atılan addımlar, qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində görülən işlər, keçirilən monitorinqlər barədə məlumat verib. İştirakçılar MDB-nin “Dövlətlərarası informasiya mübadiləsinin təşkili, müəlliflik hüququ və əlaqəli hüquq obyektlərinin milli məlumat bazalarının formalaşdırılması sahəsində əməkdaşlıq” haqqında saziş layihəsini də müzakirə ediblər. Dövlətlərin müvafiq qurumlarının rəy və təkliflərinin alınması üçün layihənin MDB İcraiyyə Komitəsi vasitəsilə hökumətlərə təqdim edilməsi və bundan sonra sənədin müzakirəsinin komissiyanın növbəti iclasında davam etdirilməsi barədə qərar qəbul olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR