Bank Of Baku

“İnternat məktəblərində insan alverinə yox deyək” layihəsinin yekunlaşması ilə bağlı dəyirmi masa keçirilib

“İnternat məktəblərində insan alverinə yox deyək” layihəsinin yekunlaşması ilə bağlı dəyirmi masa keçirilib
# 31 mart 2008 10:22 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Bu gün “Xəzər - Gələcək Naminə Tərəfdaşlıq Beynəlxalq Hərəkatı” İctimai Birliyi “İnternat məktəblərində insan alverinə yox deyək” layihəsinin yekunlaşması ilə bağlı dəyirmi masa keçirib. APA-nın xəbərinə görə, birliyin rəhbəri Rüstəm Məmmədov bildirib ki, layihənin əsas məqsədi internat məktəblərində böyüyən uşaqların bu problem haqda biliklərini artırmaq, təhlükə ilə üzləşdikdə hara müraciət etmək və necə qorunmaq haqqında onları məlumatlandırmaqdır. O, Azərbaycanda insan alverinin vüsət almasını millətə qarşı soyqırım aktı kimi xarakterizə edib. Layihə üzrə hüquqşünas Leyli Hüseynova hər il dünyada milyonlarla insanın insan alverinin qurbanına çevrildiyini söyləyib: “BMT-nin statistikasında göstərilir ki, hər il 27 milyon insan qul kimi satılır. Bu biznesdən 20 milyard ABŞ dolları məbləğində gəlir əldə edilir. İnsan alverindən ən çox əziyyət çəkən ölkələr isə yeni müstəqillik qazanan dövlətlərdir”. L. Hüseynova Azərbaycanda hər gün 2 insanın bu problemin qurbanına çevrildiyini də qeyd edib: “2007-ci ilin statistik göstəricilərinə əsasən hüquq-mühafizə orqanları tərəfindən 689 belə fakt qeydə alınıb”.
Qeyd edək ki, layihə çərçivəsində Lənkəran, Şəki, Gəncə, Bakı və Sumqayıtda olan internat məktəblərində təhsil alan 12-16 yaşlı uşaqların iştirakı ilə müxtəlif psixoloji və intellektual oyunlar keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR