Bank Of Baku

Kolumbiya Universitetində “Humanizmin sərhədləri: konsepsiyalar və faktlar” adlı beynəlxalq konfrans keçiriləcək

Kolumbiya Universitetində “Humanizmin sərhədləri: konsepsiyalar və faktlar” adlı beynəlxalq konfrans keçiriləcək
# 31 mart 2008 12:29 (UTC +04:00)
Bakı. Hacı Zeynalov - APA. Aprelin 2-3-də Nyu-Yorkun Kolumbiya Universitetində “Humanizmin sərhədləri: konsepsiyalar və faktlar” adlı beynəlxalq konfrans keçiriləcək. Bu barədə APA-ya Sülh və Demokratiya İnstitutunun mətbuat xidmətindən məlumat verilib. Konfransın təşkilatçısı Kolumbiya Universitetinin nəzdində fəaliyyət göstərən Beynəlxalq və İctimai İşlər Məktəbidir. Tədbirdə çıxış edəcək Sülh və Demokratiya İnstitutunun konfliktologiya və miqrasiya departamentinin rəhbəri Arif Yunus Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar yaranmış humanitar böhran və azərbaycanlı qaçqın və məcburi köçkünlərin durumu mövzusunda mühazirə oxuyacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR