Bank Of Baku

Naxçıvandakı “Duzda𔝠sanatoriyasında yenidənqurma işləri aparılır

Naxçıvandakı “Duzda𔝠sanatoriyasında yenidənqurma işləri aparılır
# 01 aprel 2008 10:37 (UTC +04:00)
Naxçıvan. Samir Cabbarov-APA. Naxçıvandakı “Duzda𔝠sanatoriyası imkanlarını genişləndirəcək. APA-nın Naxçıvan bürosunun məlumatına görə, sanatoriya üçün tikilən binada son tamamlama işləri görülür. İnşasına 2006-cı ilin dekabrından başlanılan sanatoriya binası zirzəmi ilə bilikdə 7 mərtəbədən ibarətdir. 297 yerlik sanatoriya binasında 128 istirahət otağı, üzgüçülük hovuzu, iclas zalı, sauna, idman zalı, masaj otaqları və yeməkxana yerləşir. “Gəmiqaya” MMC tikinti şirkəti tərəfindən tikilən sanatoriyanın ərazisində isə kotteclər, üzgüçülük mərkəzi, qapalı idman zalı və tennis kortu inşa olunub. Xəstəxananın yeraltı-şaxta hissəsinin yenidən qurulması da artıq başa çatdırılıb. Tikinti ilə paralel olaraq, Naxçıvançay vadisindən sanatoriya binasına içməli su xətti çəkilir. “Duzda𔝠sanatoriyasının ilin ortalarına qədər istifadəyə verilməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR