Bank Of Baku

Azərbaycana gələn çinli immiqrantların sayı 3000 nəfəri keçib

Azərbaycana gələn çinli immiqrantların sayı 3000 nəfəri keçib
# 01 aprel 2008 14:55 (UTC +04:00)
APA-nın məlumatına görə, birliyin sədri Əlövsət Əliyev bildirib ki, BMT-nin araşdırmalarına əsasən, son 35 ildə dünyadakı miqrantların sayı 200 milyona çatıb. Miqrantların sayın görə ABŞ dünyada birinci, Rusiya ikinci, Almaniya üçüncü, Ukrayna dördüncü yerləri tutub. Ə. Əliyev Azərbaycanda isə 100 minə yaxın immiqrantın olduğunu deyib: “Rəsmi statistikaya əsasən, ölkə ərazisindəki miqrantların 9400 nəfəri daxili işlər orqanlarında qeydiyyatdan keçib, 632 nəfər isə inzibati qaydada ölkə hüdudlarından uzaqlaşdırılıb”. O, çinli miqrantların Azərbaycana axını haqda da məlumat verib: “Qeyri-rəsmi hesablamalara görə, 2006-cı ildə Azərbaycana gələn çinli miqrantların sayı 1000 nəfər olduğu halda, 2007-ci ilin əvvəllərində onların sayı 3000 min nəfəri keçib. 2001-ci ildən indiyədək isə 5341 nəfər əcnəbiyə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Azərbaycanda işləmək üçün fərdi icazə verilib”. Azərbaycandakı miqrantların problemlərinə də toxunan Ə. Əliyev əcnəbilərin qeydiyyat müddətlərinin uzadılmasında mövcud olan problemlərdən danışıb. Onun sözlərinə görə, Azərbaycanda yaşayan əcnəbilərin hüquqi yardım almasına ciddi maneələr yaradılıb. O, bu və ya digər problemlərin həlli ilə bağlı hökumətə tövsiyələrlə müraciət etdiklərini də qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR