Bank Of Baku

2007-ci ildə Rusiyada 12 azərbaycanlı qətlə yetirilib, 56 soydaşımız isə yaralanıb

2007-ci ildə Rusiyada 12 azərbaycanlı qətlə yetirilib, 56 soydaşımız isə yaralanıb
# 01 aprel 2008 15:09 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Ötən il Rusiyada 12 azərbaycanlı miqrant qətlə yetirilib, 56 nəfər isə yaralanıb. “Miqrantlara Hüquqi Yardım Mərkəzi” İctimai Birliyinin sədri Əlövsət Əliyev APA-ya bildirib ki, bu ölkədə yaşayan azərbaycanlı miqrantlar ötən il ərzində 248 dəfə hücumlara məruz qalıblar: “Ötən il Rusiyada azərbaycanlılara məxsus 101 ticarət obyekti dağıdılıb, yandırılıb və ya qarət olunub. Bu ilin üç ayı ərzində isə soydaşlarımıza qarşı törədilən 5 ağır cinayət faktı qeydə alınıb. Azərbaycanlılara qarşı cinayət faktlarının artmasına səbəb isə Rusiyada yerli millətçilər arasında anti-azərbaycanlı təbliğatının güclənməsidir”. Ə. Əliyev ötən il Ukraynadan deportasiya olunan əcnəbilərin 30 faizini azərbaycanlıların təşkil etdiyini deyib. Onun sözlərinə görə, 2007-ci ildə Ukraynadan 13 min əcnəbi deportasiya edilib. Birlik rəhbəri ötən il xarici ölkələrdə qaçqın statusu almaq istəyən Azərbaycan vətəndaşlarının sayının azaldığını da vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR