Bank Of Baku

BMT baş katibi Beynəlxalq Mina Təhlükəsizliyi barədə Maarifləndirmə və Minalardan Təmizləmə Fəaliyyətinə Yardım Günü ilə bağlı müraciət edib

BMT baş katibi Beynəlxalq Mina Təhlükəsizliyi barədə Maarifləndirmə və Minalardan Təmizləmə Fəaliyyətinə Yardım Günü ilə bağlı müraciət edib
# 02 aprel 2008 08:17 (UTC +04:00)
Bu fikirlər BMT baş katibi Pan Gi Munun 4 aprel - Beynəlxalq Mina Təhlükəsizliyi barədə Maarifləndirmə və Minalardan Təmizləmə Fəaliyyətinə Yardım Günü ilə bağlı müraciətində qeyd olunub. BMT-nin Azərbaycan nümayəndəliyindən APA-ya verilən məlumata görə, müraciətdə bildirilib ki, 2007-ci ildə partlayıcı qurğulardan 6000 şəxs zərər çəkib, bu rəqəm əvvəlki illərdə olan göstəricilərdən az fərqlənir. Hər il dünyada 100 kv.km-dən çox ərazi minalardan təmizlənir və 7 milyondan çox insana minalanmış ərazilərdə təhlükədən necə müdafiə olunmaq öyrədilir: “Beynəlxalq Mina Təhlükəsizliyi Barədə Maarifləndirmə və Minalardan Təmizləmə Fəaliyyətinə Yardım Günü xatırladır ki, minalardan və müharibədən sonra qalan partlayıcı qurğulardan zərər çəkmiş şəxslər həyatları boyu yoxsulluq və ayrı-seçkilik, uyğun səhiyyənin və ya reabilitasiya xidmətlərinin olmamağı kimi problemlərlə qarşılaşa bilərlər. Üzv dövlətlər vətəndaş cəmiyyəti və BMT bu insanlara öz hüquqlarından istifadə və öz cəmiyyətlərində istehsalatda fəal iştirak etməyə imkan yaradan hüquqi, sosial və iqtisadi şəraiti təmin etməyə çalışmalıdır”. Baş katib bütün tərksilah, minalar, müharibədən sonrakı partlayıcı qurğular və bu qurğuların dağıdıcı effekti üzrə humanitar və humanitar hüquq beynəlxalq sənədləri ratifikasiya etməmiş ölkələrə müraciət edərək bildirib ki, bu sənədlərin geniş ratifikasiyası və onların tam həyata keçirilməsi vasitəsi ilə beynəlxalq icma yeni bədbəxt hadisə və insan ölümlərinin qarşısını ala, ziyan çəkmiş şəxslər və onların ailələrinin hüquqlarının tam həyata keçirilməsinə nail ola bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR