Bank Of Baku

Zaqatalanın Zəyəm kəndindəki mədəniyyət evi əsaslı təmir olunub

Zaqatalanın Zəyəm kəndindəki mədəniyyət evi əsaslı təmir olunub
# 02 aprel 2008 10:25 (UTC +04:00)
Zaqatala. Hafiz Heydərov-APA. Zaqatalanın Zəyəm kəndində mədəniyyət evi əsaslı təmirdən sonra istifadəyə verilib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Zaqatala rayon İcra Hakimiyyətindən (RİH) bildirilib. Rayonun daxili imkanları hesabına yenidən qurulan 155 yerlik Zəyəm kənd mədəniyyət evinin bu gün açılış mərasimi keçirilib. Açılış mərasimində çıxış edən RİH-nin başçısı Asif Əsgərov rayonda aparılan tikinti-abadlıq və quruculuq işlərindən danışaraq Zaqatalanın inkişaf mərhələsində olduğunu vurğulayıb. Daha sonra A. Əsgərov kənd sakinləri ilə görüşərək onların problemləri ilə yerində tanış olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR