Bank Of Baku

Beynəlxalq Mina Təhlükəsizliyi Barədə Maarifləndirmə və Minalardan Təmizlənmə Fəaliyyətinə Yardım Günü ilə bağlı tədbir keçirilib

Beynəlxalq Mina Təhlükəsizliyi Barədə Maarifləndirmə və Minalardan Təmizlənmə Fəaliyyətinə Yardım Günü ilə bağlı tədbir keçirilib
# 02 aprel 2008 10:40 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Bu gün “Dirçəliş” Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzi 4 Aprel - Beynəlxalq Mina Təhlükəsizliyi Barədə Maarifləndirmə və Minalardan Təmizlənmə Fəaliyyətinə Yardım Günü ilə bağlı tədbir keçirib. APA-nın məlumatına görə, mərkəzin rəhbəri İslam Baxşəliyev bildirib ki, BMT-nin Baş Assambleyasının qərarı ilə aprelin 4-ü Beynəlxalq Mina Təhlükəsizliyi Barədə Maarifləndirmə və Minalardan Təmizlənmə Fəaliyyətinə Yardım Günü kimi qeyd olunur. Mina və partlamamış hərbi sursatların hər il dünyada 15 min insanın ölümünə və yaralanmasına səbəb olduğunu deyən İ. Baxşəliyev onların əksəriyyətinin günahsız olduğunu vurğulayıb. Onun sözlərinə görə, indiyədək 40 milyondan çox piyada əleyhinə mina toplanaraq məhv edilib. İ. Baxşəliyev Azərbaycanda ərazilərin minalardan təmizlənməsi və partlamamış hərbi sursatların məhv edilməsi üçün 1998-ci ildə Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik ANAMA-nın yaradıldığını, rəhbərli etdiyi qurumun 2003-cü ildən bu agentliyin nəzdində fəaliyyətə başladığını bildirib: “Agentlik indiyədək 43 milyon kvadrat metr ərazini minalardan təmizləyib”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR