Bank Of Baku

Çinin Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının prezidenti Şəkiyə səfər edib

Çinin Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının prezidenti Şəkiyə səfər edib
# 02 aprel 2008 11:37 (UTC +04:00)
Şəki. Hafiz Heydərov - APA. Azərbaycanda səfərdə olan Çin Xalq Respublikasının Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının prezidenti Szyan Cunvanın başçılıq etdiyi nümayəndə heyəti bu gün Şəki rayonuna qeyri-rəsmi səfər edib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Şəki rayon İcra Hakimiyyətindən məlumat verilib. Səfərdə Azərbaycan Ədliyyə Nazirliyinin əməkdaşları da iştirak edir. Qonaqlar səfər çərçivəsində rayondakı tarixi abidələrlə yaxından tanış olacaq və Kiş kəndinə baş çəkəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR