Bank Of Baku

Azərbaycanda “Gənclərin Tolerantlıq Modeli” adlı beynəlxalq seminar keçirəcək

Azərbaycanda “Gənclərin Tolerantlıq Modeli” adlı beynəlxalq seminar keçirəcək
# 03 aprel 2008 13:48 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycanın Gənclər və İdman Nazirliyinin, Avropa Şurası Gənclər və İdman Direktorluğunun, Avropa Şurası Gənclər Fondunun və Azərbaycan Gənclər Parlamentinin birgə əməkdaşlığı ilə Avropa Gənclər Siyasəti çərçivəsində aprelin 4-dən 11-dək Bakıda “Gənclərin Tolerantlıq Modeli” adlı beynəlxalq seminar keçirəcək. Tədbirin təşkilat komitəsindən APA-ya daxil olan məlumata görə, seminarda Avropa ölkələrini təmsil edən 32 nümayəndə ilə yanaşı, Avropa Şurası Gənclər Fondunun direktoru Jan Kalid Lazaro da iştirak edəcək. Tədbirə Almaniya, Böyük Britaniya, Estoniya, Latviya, Litva, Bolqarıstan, Türkiyə, Ukrayna, Moldova, Rusiya, Gürcüstan və digər ölkələrdən gənc liderlər qatılacaq. Təlim kursunun keçirilməsində əsas məqsəd Avropa Gənclər Siyasəti çərçivəsində gənclər və gənclər təşkilatlarının birgə fəaliyyəti və əməkdaşlığını genişləndirmək, gənclərin mədəniyyətlərarası və dinlərarası dialoqun formalaşdırmaqdan ibarətdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR