Bank Of Baku

Belçikada azərbaycanlı gənclərin forumu keçiriləcək

Belçikada azərbaycanlı gənclərin forumu keçiriləcək
# 03 aprel 2008 14:20 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı-APA. Mayın 26-27-də Belçikada azərbaycanlı gənclərin forumu keçiriləcək. Bu barədə APA-ya Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova məlumat verib. Forumda Avropada təhsil alan azərbaycanlı gənclər iştirak edəcəklər. Azərbaycandan böyük nümayəndə heyətinin qatılacağı toplantıda avropalı tələbələr də təmsil olunacaqlar. Forumda çağdaş gəncliyin aktual problemləri, Azərbaycan gənclərinin qarşısında duran bugünkü vəzifələr, müasir qloballaşma və milli dəyərlərin mühafizəsi, əməkdaşlığın möhkəmlənməsi istiqamətində 2008-ci ildə həyata keçiriləcək layihələr müzakirə ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR