Bank Of Baku

Azərbaycan gəncləri Avropa İttifaqının “Gənclər fəaliyyətdə” proqramında iştirak edəcəklər

Azərbaycan gəncləri Avropa İttifaqının “Gənclər fəaliyyətdə” proqramında iştirak edəcəklər
# 03 aprel 2008 15:03 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı-APA. Azərbaycan gəncləri xüsusi hal kimi, Avropa İttifaqına üzv dövlətlərin gənclərini əhatə edən “Gənclər fəaliyyətdə” adlı uzunmüddətli fəaliyyət proqramında iştirak edəcəklər. Bu barədə APA-ya Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Azərbaycan Avropa İttifaqına üzv dövlətlərlə birgə həyata keçirəcəyi layihələrlə bu proqrama qoşulacaq. Proqram çərçivəsində Avropa gəncləri üçün liderlik kursları, təşkilatın qurulması, layihələrin hazırlanması kimi tədbirlərin təşkili nəzərdə tutulub. Azərbaycanın proqram çərçivəsində Litva və Latviya ilə birgə yeni layihələrin hazırlanması üçün artıq danışıqlara başlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR