Bank Of Baku

AXCP-nin keçmiş qərargahının sökülməsinə səbəb binanın yükgötürmə qabiliyyətinin olmamasıdır

AXCP-nin keçmiş qərargahının sökülməsinə səbəb binanın yükgötürmə qabiliyyətinin olmamasıdır
# 04 aprel 2008 09:43 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Xaqani-33 ünvanında yerləşən keçmiş qərargahının sökülməsinə səbəb binanın yükgötürmə qabiliyyətinin olmamasıdır. Bunu APA-ya açıqlamasında Azərbaycan Hesablama Palatasının sədri Heydər Əsədov deyib. O bildirib ki, bina Hesablama Palatasına verildikdən sonra qurum burada əsaslı təmir işləri aparmaq istəyib və ilkin mərhələdə bu istiqamətdə xeyli iş də görülüb: “Amma sonradan mütəxəssislər qərara gəldilər ki, o binanın yük götürməsi mümkün deyil. Çünki biz binanın üzərində daha bir mərtəbə artırmaq istəyirdik və köhnə divarın üstündə bu, mümkün deyildi. Onu görə də divarları söküb yenidən tikməli olduq”. H. Əsədov binanın 3 və ya 4 mərtəbəli olacağını, iki mərtəbəsinin isə əvvəlki formadan fərqlənməyəcəyini qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR