Bank Of Baku

Tərtərdə yeni artezian quyuları qazılacaq

Tərtərdə yeni artezian quyuları qazılacaq
# 04 aprel 2008 12:05 (UTC +04:00)
Tərtər. Teymur Quliyev-APA. Tərtər şəhərində içməli su probleminin aradan qaldırılması üçün 6 artezian quyusu qazılacaq. Artıq bu quyulardan birinin qazılmasına başlanıb. Rayon İcra Hakimiyyətindən APA-nın Qarabağ bürosuna verilən məlumata görə, quyular dövlət vəsaiti hesabına qazılır. Layihə dörd ay ərzində başa çatdırılacaq. Bundan sonra su qıtlığından əziyyət çəkən 900-dək ailənin bu problemi həllini tapacaq. İlk mərhələ başa çatdıqdan sonra kəndlərdə də artezian quyularının qazılması nəzərdə tutulub. Bununla əhalinin içməli su ilə yanaşı, təsərrüfat suyuna olan ehtiyacı da qarşılanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR