Bank Of Baku

Bu ilin avqustunda Azərbaycan Qadınlarının III qurultayı keçiriləcək

Bu ilin avqustunda Azərbaycan Qadınlarının III qurultayı keçiriləcək
# 04 aprel 2008 13:51 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı-APA. Bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “Qadın Qeyri Hökumət Təşkilatları ilə birgə Azərbaycan Qadınlarının III qurultayına hazırlıq mərhələsi” mövzusunda dəyirmi masa keçirib. APA-nın məlumatına görə, qurultay bu il avqustun 29-da keçiriləcək. Komitənin sədri Hicran Hüseynova çıxış edərək qadın QHT-in sayının artaraq 90-a çatdığını bildirib: “Qadın QHT-in aktiv fəaliyyətlə məşğul olması sevindirici haldır. Dövlət komitəsi kimi, onlara dəstək verməyə hazırlıq”. Millət vəkilləri Azay Quliyev, Məlahət Həsənova, Ombudsman Elmira Süleymanova, fəlsəfə elmləri doktoru Rəna Mirzəzadə Azərbaycan qadınlarının böyük xidmətlərindən, ölkə əhalisinin 51 faizini təşkil edən qadınların 160 mindən çoxunun ailə başçısı olmasından və bu gün idarəetmədə çalışanların 14 faizini qadınların təşkil etməsindən, qarşıda duran vəzifələrdən söz açıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR