Bank Of Baku

BMT baş katibi Əlil İnsanların Hüquqları barədə birinci beynəlxalq müqavilənin qüvvəyə minməsini müsbət qarşılayıb

BMT baş katibi Əlil İnsanların Hüquqları barədə birinci beynəlxalq müqavilənin qüvvəyə minməsini müsbət qarşılayıb
# 04 aprel 2008 16:06 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. BMT-nin baş katibi Pan Gi Mun Əlil İnsanların Hüquqları barədə birinci beynəlxalq müqavilənin qüvvəyə minməsini müsbət qarşılayıb. BMT-nin Azərbaycan nümayəndəliyindən APA-ya verilən məlumata görə, baş katibin mətbuat müşaviri Mari Okabe 2006-cı ilin dekabrında qəbul olunmuş Əlil İnsanların Hüquqları barədə Konvensiyanın sürətli inkişafı mövzusunda olan məruzəsində qeyd edib ki, bu, bütün insanlar üçün universal insan hüquqlarının reallaşdırılması istiqamətində axtarışlar baxımından tarixi məqamdır. Qeyd olunub ki, baş katib, həmçinin konvensiyanı ratifikasiya etmiş və ya qoşulmuş ölkələri də təbrik edib: “126 ölkə Konvensiyanı ötən il martın 30-da imzalayıb və 71 ölkə isə könülü olaraq Konvensiyaya qoşulub”. Dünyada ən azı 650 milyon şikəst insanın olduğu güman edilir və onların da 80 %-i az inkişaf etmiş ölkələrdə yaşayır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR