Bank Of Baku

Bakıda “Gənclərin tolerantlıq modeli” adlı beynəlxalq seminar keçirilir

Bakıda “Gənclərin tolerantlıq modeli” adlı beynəlxalq seminar keçirilir
# 05 aprel 2008 10:03 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Bu gün Gənclər və İdman Nazirliyinin, Avropa Şurası Gənclər və İdman Direktorluğunun, Avropa Şurası Gənclər Fondunun və Azərbaycan Gənclər Parlamentinin birgə əməkdaşlığı ilə Avropa Gənclər Siyasəti çərçivəsində “Gənclərin tolerantlıq modeli” adlı beynəlxalq seminar öz işinə başlayıb. APA-nın məlumatına görə, gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, Azərbaycan dini tolerantlıq, ayrı-seçkilik, fərqlilik, ksenofobiya və irqçilik kimi insanlığa yaraşmayan cəhətlərdən uzaqdır. O, Azərbaycanın dünya ölkələri üçün nümunə ola biləcəyini söyləyib: “Azərbaycanda dini icmaların fəaliyyəti üçün hər cür şərait yaradılıb. Ölkəmizdə məscidlərlə yanaşı, kilsələr də, sinaqoqlar da normal fəaliyyət göstərə bilir. Bu, Azərbaycan dövlətinin siyasi xəttidir”. Azərbaycan Gənclər Parlamentinin sədri Ceyhun Osmanlı isə ölkədə etnik durum barədə məruzə ilə çıxış edib. O bildirib ki, Azərbaycanda yaşayan etnik qruplar əhalinin böyük hissəsindən fərqləndirilmir, onların milli, dini və təhsil hüquqları tanınır. Tədbirdə Türkiyə, Almaniya, Böyük Britaniya, Estoniya, Latviya, Litva, Bolqarıstan, Ukrayna, Moldova, Rusiya, Gürcüstan və digər ölkələrdən olan nümayəndələr gənclər təşkilatlarının birgə fəaliyyətinin və əməkdaşlığın genişləndirilməsinin zəruriliyini vurğulayıblar.
Qeyd edək ki, seminar aprelin 11-də işini yekunlaşdıracaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR