Bank Of Baku

Beynəlxalq Avrasiya Mətbuat Fondu Mina Təhlükəsinə qarşı Beynəlxalq Mübarizə Günü münasibətilə Ağstafada toplantı keçirib

Beynəlxalq Avrasiya Mətbuat Fondu Mina Təhlükəsinə qarşı Beynəlxalq Mübarizə Günü münasibətilə Ağstafada toplantı keçirib
# 05 aprel 2008 12:48 (UTC +04:00)
Bakı. Ramil Məmmədov APA. Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) 04 Aprel-Mina Təhlükəsinə qarşı Beynəlxalq Mübarizə Günü münasibətilə Ağstafa rayonunda regional toplantı keçirib. Fondun informasiya departamentindən APA-ya daxil olan məlumata görə, tədbir ABŞ Dövlət Departamentinin maliyyə dəstəyi ilə BAMF-in həyata keçirdiyi “Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyasının (AMZA) Ağstafa regional bölməsinin yaradılması və onun fəaliyyətinin istiqamətləndirilməsi” layihəsi çərçivəsində təşkil olunub.
Fondun sədri və sözügedən layihənin rəhbəri Umud Mirzəyev mina problemi, Azərbaycanın mina təhlükəsinə qarşı mübarizə proqramına qoşulması tarixi, bu bəşəri fəlakətlə mübarizə sahəsində BAMF-ın həyata keçirdiyi layihələr və əldə etdiyi nəticələr barədə məlumat verib. O, Sovet ordusunun Ağstafa rayonunun Saloğlu kəndində yerləşən Zaqafqaziyanın ən böyük hərbi sursat anbarının 1991-ci ildə sovet hərbiçiləri tərəfindən partladılması və bunun nəticəsində hazırkı dövrə qədər fəlakətlər baş verməsi barədə də informasiyaları diqqətə çatdırıb, mina təhlükəsi ilə mübarizədə yerli hakimiyyət və özünüidarəetmə orqanlarının, təhsil ocaqlarının, əhalinin rolundan danışıb. U. Mirzəyev ölkədə mina təhlükəsi ilə mübarizə proqramına rəhbərlik edən və milli mina institutu olan Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) üçüncü ildir ki, NATO-nun dəstəyi ilə Saloğlu faciəsi zamanı hərbi sursatlarla çirklənmiş ərazilərdə təmizləmə əməliyyatları həyata keçirdiyini qeyd edib.
Sonra layihə çərçivəsində təlimlərə cəlb edilmiş əlillər mina təhlükəsinə qarşı mübarizə ilə bağlı fikirlərini söyləyiblər.
Sonda təlimlərə cəlb edilmiş mina qurbanlarına sertifikatlar təqdim olunub.
Tədbirdə Ağstafa Rayon İcra Hakimiyyətinin məsul işçiləri, bələdiyyə orqanlarının rəhbərləri, səhiyyə və təhsil şöbələrinin nümayəndələri də iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR