Bank Of Baku

ATƏT nümayəndəsi Azərbaycanda trafikinqlə mübarizə üzrə xüsusi struktur yaradılmasını və milli məruzəçi təyin olunmasını təklif edir - EKSKLÜZİV

ATƏT nümayəndəsi Azərbaycanda trafikinqlə mübarizə üzrə xüsusi struktur yaradılmasını və milli məruzəçi təyin olunmasını təklif edir - <font color=#FF0000>EKSKLÜZİV</font>
# 07 aprel 2008 09:21 (UTC +04:00)
- Trafikinqin əsas səbəbləri nələrdir?
- İnsan trafikinqi seksual istismar və ya əməyin istismarı məqsədilə çox vaxt mütəşəkkil qaydada baş verən cinayətdir. Məişət zorakılığı, həddən artıq yoxsulluq, qadınlara və azlıqlara qarşı diskriminasiya kimi ümidsiz durumlar insanları istismara daha uyğun vəziyyətə salır. Korrupsiyanın, zəif qanunvericiliyin olduğu kövrək dövlətlər mütəşəkkil cinayətkarlığa və insan alverinə münbit şərait yaradır. Cəmiyyətdə diskriminasion münasibət və problemlərin inkarı trafikinq problemini və istismarı gücləndirir.
- Daha çox kimlər trafikinqin qurbanlarına çevrilir?
- Daha çox qadınlar və uşaqlar. Qurbanların yarıdan çoxu 18 yaşına qədər uşaqlardır. Ancaq bir çox cinayətlər gizlədilir və biz bundan xəbər tutmuruq. Biz bilirik ki, trafikinq qurbanlarının əksəriyyəti aşkara çıxarılmır, onlara heç kim kömək edə bilmir və insan alveri ilə məşğul olanlar bu işi xüsusi risk olmadan davam etdirirlər. İnsanları ən müxtəlif üsullarla istismara cəlb edirlər. Trafikinqlə məşğul olanlar insanların çətin vəziyyətindən yararlanaraq onlara “çıxış yolu” göstərirlər. Qadınlar və qızlar fahişəliyə cəlb edilir, uşaqlardan isə kənd təsərrüfatı, balıqçılıq, mədən sənayesi, həmçinin oğurluq kimi işlərdə istifadə olunur. Bəzən kişilər də trafikinqin qurbanı olur, kənd təsərrüfatı işlərində və restoranlarda onların əməyi istismar edilir.
- ATƏT trafikinqlə mübarizədə Azərbaycanla necə əməkdaşlıq edir?
- ATƏT bu məsələdə üç istiqamətdə fəaliyyət göstərir: cinayətin qarşısının alınması, qurbanların müdafiəsi və trafikinqlə məşğul olanların axtarışı. Biz trafikinqlə mübarizəni planlaşdırarkən dərk etməliyik ki, bu, insanlar əleyhinə törədilən cinayətdir. Biz hesab edirik ki, özlərini təhlükəsiz hiss edirlərsə və mənəvi gücləri varsa, qurbanlar da təhqiqata yardımçı ola bilər. Bizim təhqiqatlarımız göstərir ki, zorakılıq və psixoloji təzyiq də işgəncə sayılmalıdır. ATƏT-in Bakı ofisi Azərbaycanın rəsmi şəxsləri, qeyri-hökumət təşkilatları və digər beynəlxalq qurumlarla sıx əməkdaşlıq edir. Mən hüquqşünas tələbələr tərəfindən trafikinq qurbanlarına pulsuz hüquqi yardım göstərilməsini nəzərdə tutan layihəni misal göstərmək istərdim. Bu, çox vacib və tələbat duyulan vəzifədir, həm trafikinq qurbanlarına kömək, həm də gələcək hakimlərin, vəkillərin trafikinqlə mübarizə sahəsində təlim keçməsi deməkdir. Hazırda bu sahədə çox az mütəxəssis var. ATƏT-in trafikinqlə mübarizə üzrə proqramın təşkili və həyata keçirilməsi ilə bağlı hər kəsə məlum olan eskpertizası mövcuddur. Biz həmçinin ölkələrə ATƏT qarşısındakı öhdəliklərini xatırladır və bu öhdəliklərin necə yerinə yetirildiyini izləməyə çalışırıq. Biz istərdik ki, hər ölkədə, o cümlədən Azərbaycanda əsas funksiyası trafikinqlə bağlı vəziyyətə dair məruzələr hazırlamaq olan xüsusi struktur yaradılsın.
- ATƏT Azərbaycanla trafikinqlə mübarizə sahəsində əməkdaşlığını hansı şəkildə həyata keçirir?
- Yanvar ayında ATƏT-in Bakı ofisi trafikinqin qarşısının alınması ilə bağlı bir sıra televiziya proqramlarını maliyyələşdirib. Bu proqramlarda biz risklər və nəticələr haqda danışdıq, ancaq bu məsələnin üzərində daha geniş dayanmaq lazımdır. Gözlərimizi qapayıb, gözəl bir dünyada yaşadığımızı təsəvvür etmək çox asandır. Amma bu mənfiliklər bizim yaxınlarımızla bağlı da baş verə bilər. ATƏT 18 qadın vəkilin qurbanların müdafiəsi ilə bağlı praktika keçdiyi layihəni yenicə tamamlayıb. Bu vəkillər məhkəmə dinləmələrində iştirak ediblər və öz biliklərini genişləndirmək imkanı əldə ediblər. Biz 20-25 vəkil və müstəntiq üçün tezliklə daha bir layihə həyata keçirəcəyik. ATƏT-in göstərdiyi digər kömək növü çətin durumda olan insanlara yardım etmək, onların həyat şəraitini və gələcək imkanlarını yaxşılaşdırmaqdır. Məsələn, sosial vəziyyəti ağır olan uşaqlar, xüsusən qızlar ingilis dili və kompüter kurslarına cəlb olunurlar. Bizim digər beynəlxalq qurumlar və qeyri-hökumət təşkilatları ilə də çox yaxşı əlaqələrimiz var. Trafikinqin artmasını önləmək çox vacibdir, onsuz da bu sahədə işimiz kifayət qədərdir. Hazırda biz Daxili İşlər Nazirliyi, UNİCEF və “Uşaqların hüquqları uğrunda alyans”la birlikdə çalışırıq. Biz həbsxanalarda yetkinlik yaşına çatmayanların sayını azaltmaq və uşaqların müdafiəsi üzrə hüquqi mərkəz yaratmaq istəyirik. Biz Azərbaycanda trafikinqlə mübarizə üzrə ötən il reallaşdırmağa başladığımız və 2008-ci ilin sonunadək davam edəcək layihənin həyata keçirilməsində Beynəlxalq Əmək Təşkilatı və Beynəlxalq Miqrasiya Təşkilatı ilə də birgə işləyirik. Bu layihənin məqsədi Milli Fəaliyyət Planına yenidən baxılmasına yardımçı olmaqdır.
- Sizin ofis trafikinqlə mübarizə üçün Azərbaycana hansısa qrantlar ayırmağı planlaşdırırmı?
- ATƏT donor təşkilatı deyil. Ancaq Bakı ofisi vətəndaş cəmiyyəti ilə birlikdə anti-trafikinq təşəbbüslərini dəstəkləyir. Hərdən qrant donorları trafikinq sahəsində çalışan müvafiq QHT və yaxşı layihələr tapılması üçün bizdən məsləhət istəyirlər.
- Azərbaycanda insan alveri ilə bağlı vəziyyəti necə qiymətləndirirsiniz?
- Bir çox ölkədə olduğu kimi, ən böyük problem trafikinq qurbanlarının identifikasiyasındakı çatışmazlıqdır. Qurbanlar üçün yaradılmış mərkəzlərin, adekvat müdafiənin zəifliyi və qurbanlara qarşı zorakılıqla bağlı ümumi məlumatın azlığı trafikinq qurbanına çevrilməyi asanlaşdırır. Trafikinq, seksual və məişət zorakılığı hələ də tabu olaraq qalır və çox müzakirə edilmir. Bu, ona gətirib çıxarır ki, qurban özünü çox vaxt günahkar hiss edir. Hər kəs qurbanlara kömək göstərilməsi və cinayətkarların aşkara çıxarılmasının vacibliyini anlamalıdır.
- Azərbaycanda trafikinqlə mübarizənin səviyyəsini necə qiymətləndirirsiniz?
- Daxili İşlər Nazirliyinin rəsmi statistikasına əsasən bu sahədə inkişaf var. 2006-2007-ci illərdə hökumət trafikinqin təhqiqatı və qınanması məsələsində fəallaşıb. Qurbanlar üçün “qaynar xətt” açılıb və sığınacaq yaradılıb. Ancaq görüləsi çox iş var. Qeyd etdiyim kimi, vəziyyəti mütəmadi qiymətləndirəcək və məruzələr hazırlayacaq xüsusi strukturun yaradılması məqsədəuyğundur, yaxşı olardı ki, bunun üçün milli məruzəçi təyin olunsun. Məhkəmə sistemi, sərhədçilər, səhiyyə işçiləri və QHT sektoru üçün treninqlərin keçirilməsi də vacibdir.
- Beynəlxalq təşkilatlar öz hesabatlarında Azərbaycanı insan alverində tranzit ölkə kimi göstərirlər. Bu problemin həli üçün nə edilməlidir?
- Bəzən biz unuduruq ki, trafikinqin qurbanları ilk növbədə qurbanların özüdür və onlar tranzit zamanı da istismar olunur. Biz tranzit məntəqədə bir ildən çox qalan insanlar, hətta uşaqlar barədə eşitmişik. Trafikinqlə mübarizə potensial qurbanların bu yola cəlb olunması ehtimalını azaltmaq deməkdir. Bu məsələdə medianın rolu da önəmlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR