Bank Of Baku

Azərbaycanın Quba rayonunda aşkarlanan kütləvi məzarlıqda arxeoloji qazıntılar aprelin 8-də bərpa olunacaq

Azərbaycanın Quba rayonunda aşkarlanan kütləvi məzarlıqda arxeoloji qazıntılar aprelin 8-də bərpa olunacaq
# 07 aprel 2008 11:06 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı-APA. “Qubada aşkarlanan kütləvi məzarlıqda tədqiqat aparan Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi ekspedisiyası sabah əraziyə yola düşəcək. Tədqiqat sahəsində arxeoloji qazıntıların davam etdirilməsi üçün heç bir problem yoxdur”. Bunu APA-ya açıqlamasında Arxeologiya və Etnoqrafiya İnstitutunun direktor müavini Nəcəf Müseyibli deyib. Ekspedisiyanın rəhbəri Qəhrəman Ağayevin APA-ya bildirdiyinə görə isə aprelin 8-də məzarlıqda arxeoloji qazıntıların növbəti mərhələsinə start veriləcək və ilkin tədqiqat mayın 8-də yekunlaşacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR