Bank Of Baku

Məskunlaşdığı evdən çıxarılan məcburi köçkün yaşayış yeri ilə təmin olunmayıb

Məskunlaşdığı evdən çıxarılan məcburi köçkün yaşayış yeri ilə təmin olunmayıb
# 07 aprel 2008 14:54 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Azərbaycanı 1989-cu ildə tərk edən erməni Vyaçeslav Xaçaturoviç Osipova məxsus evdə məskunlaşan Ağdamdan olan məcburi köçkün Məhluqə Atakişiyeva həmin mənzildən çıxarıldıqdan sonra yaşayış yeri ilə təmin olunmayıb. Bu barədə APA-ya məlumat verən M. Atakişiyeva bildirib ki, Vyaçeslav Xaçaturoviç Osipov, onun həyat yoldaşı Taisya Petrovna Osipova və oğlu Vilen Vyaçeslavoviç Osipov Ermənistan-Azərbaycan münaqişəsi başlayanda yaşadıqları Binəqədi rayon, Mir Cəlal küçəsi 7, ev 47 ünvanındakı mənzili sahibsiz qoyaraq Azərbaycanı tərk ediblər. Həmin mənzil 1993-cü il avqustun 3-də Binəqədi rayon İcra Hakimiyyəti başçısının tapşırığı ilə Atakişiyevlər ailəsinə verilib. 4 aydan sonra isə mənzil Taisya Osipovanın adına özəlləşdirilib. Sonradan Bakıya qayıdan T. Osipova şəhid və məcburi köçkün ailəsinin evdən çıxarılması tələbi ilə məhkəmə iddiası qaldırıb və Apellyasiya Məhkəməsi onun iddiasını təmin edib. M. Atakişiyeva mənzildən çıxmaları müqabilində onlara Qaradağ rayonu Müşfiqabad qəsəbəsində 300 kv.m torpaq sahəsi verilib: “Ötən həftə məhkəmə icraçıları tərəfindən mənzildən çıxarıldıq. Lakin burada ev tikilməsi üçün bizə heç bir maliyyə yardımı ayrılmayıb”. Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin beynəlxalq əlaqələr və informasiya departamentinin direktoru Sənan Hüseynov isə APA-ya açıqlamasında məsələ ilə bağlı sözügedən quruma müraciət olunmasını məqsədəuyğun hesab edib: “Məhluqə Atakişiyeva komitəyə müraciət etsin. Məsələnin necə həll olunacağı barədə isə heç nə deyə bilmərəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR