Bank Of Baku

Asiya Dialoqu İctimai Birliyi yeni layihəyə start verib

Asiya Dialoqu İctimai Birliyi yeni layihəyə start verib
# 07 aprel 2008 16:10 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli APA. Asiya Dialoqu İctimai Birliyinin (ADİB) 2008-ci il üçün nəzərdə tutduğu ən böyük layihələrindən olan Qafqaz-Balkan Əməkdaşlıq Platforması layihəsi çərçivəsində təşkilatın koordinatorları Könül Şamilqızı və İlhamə Nuriyeva Gürcüstanda səfərdə olublar. Təşkilatdan APA-ya daxil olan məlumata görə, onlar Sülh və Müharibə Hesabatları İnstitutunun (İWPR) Qafqaz proqram direktoru Marqarita Akveldiani, Münaqişələr və Danışıqlar Üzrə Beynəlxalq Mərkəzin rəhbəri, professor George Kutsişvili, Qafqaz Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, professor Mamuka Arişidze, Tiflis Dövlət Universiteti jurnalistika fakültəsinin dekanı David Pauçadze, Suxumi Dövlət Universitetinin tarix fakültəsinin kafedra müdiri, professor Quram Marxuliya, professor Dazmir Cocua və digər şəxslərlə görüşüb, layihə ilə bağlı müzakirələr aparıblar.
ADİB təmsilçiləri Gürcüstan-Azərbaycan Dostluq Evinin rəhbəri, Gürcüstan prezidenti Mixail Saakaşvilinin anası Giuli Alasaniya ilə də görüşüblər. Xanım Alasaniya ADİB-in Qafqaz-Balkan Əməkdaşlıq Platforması layihəsinə dəstək verəcəyini söyləyib.
Gürcüstana səfərini dünən başa vuran ADİB təmsilçiləri layihə çərçivəsində görüşlər keçirmək üçün bu gün Dağıstana yola düşüblər.
Qeyd edək ki, Qafqaz-Balkan Əməkdaşlıq Platforması layihəsi TİKA, Türkiyənin bir sıra qeyri-hökumət təşkilatları, Azərbaycanın Xarici İşlər Nazirliyi və Rumıniyadakı səfirliyi tərəfindən dəstəklənir. Layihə 4 mərhələdən ibarətdir. Birinci mərhələdə Gürcüstan, Dağıstan və Azərbaycandan olan QHT təmsilçiləri, media nümayəndələri, tarixçilər və politoloqlar arasında koordinasiya çalışması həyata keçirilir. İkinci mərhələdə Türkiyə və Qafqaz ölkələri təmsilçilərinin Balkan ölkələrinə səfəri nəzərdə tutulur. Üçüncü mərhələdə Balkan ölkələri təmsilçiləri Azərbaycan və Gürcüstana səfərlər edəcək, bu ölkələrdə konfranslar, görüşlər keçirəcəklər. Bu üç mərhələ problemlərin öyrənilməsi və birgə əməkdaşlıq imkanlarının araşdırılması məqsədi daşıyır. Sonuncu - dördüncü mərhələ isə müştərək əməkdaşlıq fəaliyyətlərinin həyata keçirilməsini nəzərdə tutur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR