Bank Of Baku

Amerika alimləri: “Azərbaycanlılar və ermənilər Qafqazın iki ən yaxın xalqıdır”

Amerika alimləri: “Azərbaycanlılar və ermənilər Qafqazın iki ən yaxın xalqıdır”
# 08 aprel 2008 10:39 (UTC +04:00)
Alimlər Qafqazın Azərbaycan, gürcü, erməni, kabardin, inquş, çeçen, abxaz, çərkəz və dargin xalqlarının 353 nümayəndəsindən qan analizi götürüblər. Qan analizi götürülən insanların qohum olmamasına xüsusi nəzarət edən antropoloqlar onların DNK kodlarının oxşarlığına baxıblar. Aparılan araşdırma nəticəsində alimlər Qafqazda azərbaycanlıların Altay, ermənilərin isə Hind-Avropa dil qrupuna məxsus olmasına baxmayaraq, iki ən yaxın xalq olduğunu müəyyən ediblər. Onların ehtimalına görə, bu iki xalq 1300-1400 il əvvəl həddindən artıq yaxın olub. Lakin ötən 11 əsrdə Oğuzların Azərbaycana köçməsi sayəsində Azərbaycan dilinin Altay dilinə yaxınlaşması prosesi baş verib. Ermənilər isə yaşadıqları ərazilərdə Hind-Avropa dilli xalqlarının təsirinə məruz qalaraq müasir dillərinə yiyələniblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR