Bank Of Baku

Azərbaycanın Fövqəladə Hallar Nazirliyi ilk “Be-200” amfibiya-təyyarəsi alır

Azərbaycanın Fövqəladə Hallar Nazirliyi ilk “Be-200” amfibiya-təyyarəsi alır
# 08 aprel 2008 15:56 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA. Rusiyanın “İrkut” korporasiyası Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) ilə imzalanmış sazişə uyğun olaraq aprelin 15-də ilk “Be-200” amfibiya-təyyarəsini Azərbaycana göndərəcək. APA-nın məlumatına görə, təyyarə İrkutskda yerləşən aviazavoddadır və hazırda sınaqdan keçirilir.
Qeyd edək ki, “Be-200” amfibiya-təyyarəsini alqı-satqısına dair müqavilə 2007-ci ildə imzalanıb. Azərbaycan bu təyyarələri satın alan ilk xarici ölkədir. Hazırda Be-200 amfibiya-təyyarələrinin almaq məqsədi ilə Yunanıstan, Portuqaliya və İtaliya da “İrkut” şirkəti ilə danışıqlar aparır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR