Bank Of Baku

Yevlaxda ictimai məlumatlandırma seminarı keçiriləcək

Yevlaxda ictimai məlumatlandırma seminarı keçiriləcək
# 09 aprel 2008 11:25 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. Aprelin 10-da Yevlaxda Azərbaycan hökumətinin (Korrupsiyaya Qarşı Mübarizə Komissiyası) və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin dəstəyi ilə Avropa Şurası tərəfindən AZPAC layihəsinin (Azərbaycanın Korrupsiya ilə Mübarizə Strategiyasına Dəstək Layihəsi) hissəsi kimi Azərbaycanın yeni Antikorrursiya Strategiyası və Fəaliyyət Planını təqdim etmək məqsədilə ictimai məlumatlandırma seminarı keçiriləcək. APA-nın məlumatına görə, tədbirin keçirilməsində məqsəd Azərbaycanının müxtəlif regionlarında hökumətin və digər hökumət təşkilatlarının korrupsiya ilə mübarizədə həyata keçirdiyi tədbirlər, öhdəliklər haqqında ictimai bilikləri artırmaqdır. Növbəti ay layihə çərçivəsində Lənkəran şəhərində bənzər tədbirin keçirilməsi planlaşdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR